AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 370s
Bakı şəhəri, 15 noyabr 2011-ci il
2012-ci ildə ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq tədbirlərlə (Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı, Qəbələ şəhərində IV Beynəlxalq Musiqi Festivalı, Eurovision-2012 mahnı müsabiqəsi, Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı və s.) bağlı ölkəmizə böyük sayda xaricdən qonaq və turistlərin gəlməsini nəzərə alaraq, cari ildə bir sıra hazırlıq işlərinin artıq aparılması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, qeyd olunan hazırlıqla bağlı müəyyən texniki, təhlükəsizlik, nəqliyyat, rabitə, abadlıq işlərinin həyata keçirilməsi, müvafiq avadanlıqların alınması, mədəni, təbliğat və tərtibat proqramlarının hazırlanmasının sifariş edilməsi işlərinin maliyyələşdirilməsi məqsədi ilə:
1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.4.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 40 000 000,0 (qırx milyon) manatının və 2.5.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 10 000 000,0 (on milyon) manatının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.
2. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin aidiyyəti dövlət orqanlarına və təşkilatlarına onların əsaslandırılmış təklifləri nəzərə alınmaqla ödənilməsini təmin etsin.
4. 2012-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın ikinci hissəsində göstərilən işlərin sifarişçi təşkilatlar tərəfindən bir mənbədən satınalma metodu ilə yerinə yetirilməsinə icazə verilsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
S Ə R Ə N C A M
№ 258s
Bakı şəhəri, 25 avqust 2011-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi məqsədi ilə:
1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.6.3-cü yarımbəndində (Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər) birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 50 000 000,0 (əlli milyon) manatı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.
2. “Azərbaycan Respublikası 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 331s
Bakı şəhəri, 20 oktyabr 2011-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1620 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 194s nömrəli sərəncamı ilə Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi və tikintisi, həmçinin kredit hesabına icra olunacaq Astara, Daşkəsən, Gədəbəy, Xırdalan, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payının ödənilməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılması nəzərdə tutulmuş vəsaitin 57600000,0 (əlli yeddi milyon altı yüz min) manat azaldılması hesabına, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 57600000,0 (əlli yeddi milyon altı yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 233s
Bakı şəhəri, 8 avqust 2011-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən, “Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1620 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə ehtiyat vəsait üçün nəzərdə tutulmuş məbləğin 58,0 (əlli səkkiz) milyon manat azaldılması hesabına, Bakı şəhərində İdman-Konsert Kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 58,0 (əlli səkkiz) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
SƏRƏNCAM
№ 20s
Bakı şəhəri, 2 fevral 2012-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
1. Bosniya və Hersoqovinanın Sarayevo şəhərində “Dostluq Parkı” və abidə kompleksi ilə bağlı tikinti və bərpa-təmir işlərinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 408.259 (dörd yüz səkkiz min iki yüz əlli doqquz) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.
2. Bu sərəncamın 1-ci hissəsində göstərilən tikinti işlərinin yerinə yetirilməsinə təxirəsalınmadan başlanmasının və qısa müddət ərzində başa çatdırılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri
Artur Rasi-zadə
Belə vəziyyət Eurovision zamanı xariciləri çətinliklərlə üzbə-üz qoya bilər. Kredit kartlarından ödəməyə alışmış insanlardan birdən-birə nağd pul tələb olunacaq. Bu isə onlar üçün əlavə faiz və xərc deməkdir. Bu halda isə bankomatların qabağında növbələr görəcəyik, həmçinin bankomatlarda da nağd pul çatışmayacaq. Çünki bizim bankların yalnız bir neçəsi öz bankomatlarını vaxtında və müntəzəm nağd pulla təmin edirlər.
Budur ki, Azərbaycan hökuməti indidən son 10 ildə ticarət və xidmət obyektlərində post-terminalların qurulması ilə bağlı verdiyi qərarları icra etsə yaxşı olar. Anlaşılandır ki, ticarət və xidmət yerlərinin uçota alınan dövriyyəsi artır və dövlət büdcəsinə ödənişlər də çoxalır. Vegi məmurlarımıza isə lazımdır ki, bu yerlərdə uçot olmasın və hər il gəlib 10-30 min manat haqq ala bilsinlər...
İndi hökumət seçim etməlidir: ya xaricilər gəlib burda problemlərlə üzləşəcək, sonra gedib öz ölkələrində bloqlarda, forumlarda biabır edəcəklər, ya da qanunsuz toplanan pullardan bir az imtina edib, ticarət və xidmət yerlərində post-terminalların qurulmasını sürətləndirilməlidir...
Naxçıvan terminalı artıq köçürülməyə başlayıb. Müvəqqəti olaraq bu terminal Cənub terminalında küncdəki kafenin yerində yerləşəcək. Bura artıq bununçün hazırlanıb.
Naxçıvan terminalı bu yaxınlarda yüksək səviyyədə təmir olunmuşdu. İndi o yerlə yeksan olunacaq. Yeni terminal AZAL-a bir neçə yüz milyon manata başa gələcək. Bunun üçün dövlət büdcəsindən də vəsaitin ayrılacağı istisna deyil.
Və nə baş verir? Dəyişiklik gözləyənlər Qərbdən gələn bəyənatlarla yaşamağa başlayırlar. Tənqidi bəyənatlar ümidləri formalaşdırır, pərvazlandırır. Ancaq birdən bir səfər reallaşır və ya bir təyinat olur. Məsələn, ABŞ müdafiə nazirinin səfəri kimi bir səfər, Brayzanın təyinatı kimi bir təyinat, ya da Obamanın məktubu kimi bir məktub... Onda ümidlər sarsılmağa başlayır, yenə də bizi satdılar, neftə satdılar, Əfqanıstana satdılar, İrana satdılar... və bu kimi ümidsizliyə aparan notlar.
Məncə, müxalifət indi, nə qədər gec olsa da bir qapalı bir tədbir keçirsə yaxşı olar. Ona görə qapalı ki, orada səmimi müzakirələr aparmaq mümkün olsun, cari liderlər media mikrofonlarını görəndə ürəyinin dərinliyində olan bütün səmimi və qeyri-səmimi fikirlərlərini boşaltmağa çalışmasınlar. Müzakirələr yeni platforma, yeni model ortaya qoymaq üçün vacibdir. Müzakirəsiz heç kim deyə bilməz ki, indi müxalifətə birlik lazımdı, yoxsa daha da parçalanmaq... Əlbətdə birlik cəlbedici görünür, yaxşı səslənir. Ancaq necə birləşmək, nə üçün birləşmək, kimlərin birləşməsi - bunlar vacib məsələlərdir, onları iki, üç, beş nəfərin həll etməsi mümkün deyil.
İndi bütün diqqət daxili faktorlara hesablanmalıdır. Ukraynada, Gürcüstanda, habelə Qırğızıstandakı inqilabların yalnız xarici faktorlar hesabına baş verdiyi barədə yanlış təsəvvürlərdən qurtulmaq lazımdır. Bu faktor dəyişiklər üçün yalnız faktorlardan biri ola bilər. Əsas məsələ daxili vəziyyətdir. Əgər hər hansı icazəsiz aksiyaya 100 nəfərdən artıq adam çıxmırsa, hətta aksiyanı keçirən partiyanın üzvləri çıxmırsa, fikirləşmək lazımdır niyə çıxmır? Şərtlərin daha ağır olduğu Belorusda icazəsiz aksiyalara 1000-dən çox insan qoşulur. Bu qədər narazılıq olan Azərbaycanda mülalif xətt niyə bu qədər miskinləşib? Hamı bir-birini stılmaqda günahlandırır. Bəs müxalifətçilər özləri niyə satılırlar? Niyə müxalifət partiyaları siysai proseslərdən və cəmiyyətdən deqradasiya olunublar? Bunların səbəbi yalnız hökumətin təzyiqləridirmi? Başqa səbəblər yoxdurmu?
Əgər hökəmətlə razılaşdırılmamış siyası tədbirə 100 nəfərdən artıq insan qoşulmursa, burada xarici faktorların təsiri sıfıra enəcək. Bəlkə də bunun nəticəsidir ki, Seçki Məcəlləsii demokratikləşdirin çağrışlarına cavab olaraq hökumət indi onu mürtəceləşdirir!
Müfalifət Forumuna ehtiyac var! Yeni yanaşma, Yeni platforma, Yeni mesajlar formalaşmalıdır! Hədəfsə daxili potensialın səfərbər edilməsi olmalıdır! Həlledici faktor yalnız bu ola bilər.
As it is known, most of the highways of the country are being reconstructed. While highways are being reconstructed, number of its stripes is increased and it creates necessity for adding more land areas to these highways. In most cases it is achieved on the account of part lands, yard areas, even personal houses and ownership objects of Azerbaijan citizens. At present the most critic situation is in the settlements placed on the Yevlakh – Ganja highway. There is private property like gorund areas, living houses, property objects of hundreds of citizens of Nemetabad village of Yevlakh, Aran settlement, Borsunlu village of Goranboy, Goran settlement and Dalimammadly city placed at the highway which are being prepared to be destroyed, but owners of property are not given any information about the details of the situation and there is not any agreement with them. Approximately 5 – 6 month ago the representatives of “Azeryolservis” PC of the Ministry of Transport, municipalities of the regions and the “Polat ASh” contructor company (Turkey) measured the ground areas included in the project in the mentioned settlements and took the copies of the documents of all the owners. Nevertheless there is no oral or written agreement with owners.
The citizens don’t want to sacrifice their houses and property objects to this project. The owners of the areas included in the project living in Aran settlement and Dalimammadly city consider that there can be found the alternative places for highways and crossroads, which can have less effect to property owners. As well as they are not sure to be able to rebuild the houses and object which have been built in prominent places of settlements for long years. And some of them are afraid that one day the bulldozers will come and destroy their houses and objects completely, and instead they will be given nothing. Actually they have reasons to think so. Because several months ago the citizens’ markets, fences, bath-houses, lavatories placed near the highway in Aran settlement of Yevlakh were destroyed in one day without any compensation.
More dangerous attempt to property in the region took place on the August 14. Last Saturday the citizens of the Borsunlu village of the Goranboy region noticed that the 40 – 50 meters of their part land placed near the highway is ploughed and prepared for the constructing of the highway. Part lands of more than 20 inhabitants of village are occupied. The citizens gathered in front of the Executive authority to elucidate what is going on. The deputy of the head of the Executive Authority of the region Rauf m. came to the village and tried to ensure the citizens that the documents are being prepared and they will be given compensation. At the same time a lot of police officers came to the village and demanded the citizens to disintegrate. At present the citizens are going to take “Azeryolservis” PC and “Polat ASh” company into court, which are directly responcible for this issue.
We have to mention that things which happened are cases of disturbing the property rights of Azerbaijan citizens defended by the Constitution of the Azerbaijan Republic. According to the 4th part of the 29th “Property Right” matter of Constitution of the Azerbaijan Republic “Alienating of the property for state needs can be allowed only with condition of paying its cost beforehand”.
Public Association for Assistance to Free Economy
Baku, Azerbaijan
August 21, 2009
Məlum olduğu kimi, ölkənin hazırda əksər avtomobil yolları yenidənqurulur. Avtomobil yolları yenidənqurularkən onun zolaqlarının sayı artırılır və bu da əlavə torpaq sahələrinin avtobil yollarına qatılmasına zərurət yaradır. Bu isə əksər hallarda Azərbaycan vətəndaşlarının pay torpaqları, həyətyanı sahələri, hətta şəxsi evləri və sahibkarlıq obyektləri bahasına başa gəlir. Hazırda bu sahədə ən kritik vəziyyət Yevlax-Gəncə avtobil yolunun üstündə yerləşən yaşayış məntəqələrindədir. Bu avtomobil yolunun üzərində yerləşən Yevlaxın Nəmətabad kəndində, Aran qəsəbəsində, Goranboyun Borsunlu kəndində, Goran qəsəbəsondə və Dəliməmmədli şəhərində yüzlərlə vətəndaşən şəxsi mülkiyyətində olan torpaq sahələr, yaşayış evləri və sahibkarlıq obyekti sökülmək üçün hazırlanır, lakin bunun detalları barədə mülkiyyət sahiblərinə məlumat verilmir və onlarla hər hansı razılaşma müzakirə mövzusu deyil. Təxminən 5-6 ay əvvəl Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC və rayonların icra strukturlarının və podratçı “Polat AŞ” şirkətin nümayəndələri qeyd olunan yaşayış məntəqələrində layihəyənin altına düşın düşən torpaq sahələrini ölçüblər və mülkiyyətşilərdən bütün sənədlərin üzünü götürüblər. Bununla belə indiyədək mülkiyyətçilərlə hər hansı razılı və şifahi razılaşma əldə edilməyib.
Azad İqtisadiyyata Yardım İctimai Birliyi
Bakı şəhəri,
18 avqust 2009
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü böyük dəyişikliklər ərəfəsindədir. İndiyədək namizəd olan ölkələr 9 mart 2010-cu ilədək qiymətləndirmə keçməlidirlər. Bu bir növ hər bir namizəd ölkədə MSŞT-nin necə icra edildiyinin yoxlanması deməkdir. Nəticədə də namizəd ölkələr ya üzvlük statusu alacaq, ya yenidən qiymətləndirmə keçəcək, ya da ki, hər şeyi sıfırdan başlamalı olacaqlar.
2008-ci ilin axırında Azərbaycan qiymətləndirmə üçün il müraciət edən ölkə oldu və qısa bir müddət ərzində bu prosesi keçdi. MSŞT üzrə 4-cü Qlobal Konfransda Azərbaycan qiymətləndirmənin uğurla keçmiş ilk ölkə kimi üzvlük statusu qazandı.
Ölkələr | Şirkətlət üzrə | Ödənişlər üzrə | Audit və ya tutuşdurma |
Azərbaycan | Yoxdur | Var | Tutuşdurma |
Qvineya | Var | Var | Xüsusi yoxlamalarla tutuşdurma |
Qırğızıstan | Yoxdur | Var | Tutuşdurma |
Nigeriya | Var | Var | Audit |
Cədvəl 2. Bəzi ölkələrin MSŞT üzrə açıqlanan hesabatlarının cəhətləri
Ölkələr | Detallığı | Anlaşıqlılığı | Əlçatanlığı |
Azərbaycan | Yoxdur İzahatlar yoxdur Tövsiyələr yoxdur Beynəlxalq mühasibat uçotu aparılmır Şirkətlərin ödənişləri açıqlanmıq | Var Dili anlaşılandır Formatı uyğundur | Var Onlayn İngiliscə Azərbaycanca |
Kamerun | Var Cədvəllər və izahatlar var Tövsiyələr var Şirkətlərin ödənişləri və hökumətin onlardan aldıqları açıqlanır Metodologiya var | Var Dili anlaşılandır Formatı uyğundur Lüğət əlavə edilib Xülasəsi var | Var Onlayn İngiliscə Fransızca |
Qabon | Var Cədvəllər və izahatlar var Tövsiyələr var Sektor barədə məlumat Metodologiya var | Var Dili anlaşılandır Formatı uyğundur | Var Onlayn Fransızca |
Qana | Var Cədvəllər və izahatlar var Tövsiyələr var Sektor barədə məlumat Metodologiya var | Var Dili anlaşılandır Formatı uyğundur Xülasəsi var | Var Onlayn İngiliscə |
Qırğızıstan | Yoxdur Cədvəllər yoxdur İzahatlar azdır Tövsiyələr yoxdur Şirkətlərin ödənişləri açıqlanmır | Var Dili anlaşılandır Formatı uyğundur | Var Onlayn Rus dilində İngilis dilinə qeyri-rəsmi tərcümə |
Mənbələr:
1. http://eitransparency.org/
2. EITI validation guid. EITI Internatinal Secretariat, Oslo 2008.
3. Drilling Down: The Civil Society Guide to Extractive Industry Revenues and the EITI. Revenue Watch Institute,
4.