Binə Hava Limanının Naxçıvan terminalı tezliklə uçurularaq yerində yeni terminal tikiləcək. İndi onun yerində tikiləcək terminal xarici reyslər üçün nəzərdə tutulur. İndiki beynəlxalq terminaldan isə daxili reyslərə və MDB ölkələrinə uçuşlar həyata keçiriləcək.
Naxçıvan terminalı artıq köçürülməyə başlayıb. Müvəqqəti olaraq bu terminal Cənub terminalında küncdəki kafenin yerində yerləşəcək. Bura artıq bununçün hazırlanıb.
Naxçıvan terminalı bu yaxınlarda yüksək səviyyədə təmir olunmuşdu. İndi o yerlə yeksan olunacaq. Yeni terminal AZAL-a bir neçə yüz milyon manata başa gələcək. Bunun üçün dövlət büdcəsindən də vəsaitin ayrılacağı istisna deyil.

Comments